Baş Mühasib
Maliyyə xidmətləri
Bakı
1200₼ - 2000₼ / Aylıq
Paylaşılıb: 1 gün əvvəl
Təsvir:
•ƏDV, Mənfəət Vergisi, DSMF, Statistika və digər dövlət qurumlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi; •Əməkhaqqı üzrə bütün əməliyyatların hesablanması, tutulması və ödənişlərin həyata keçirilməsi; •Gündəlik mühasibat əməliyyatlarının işlənməsi və uçotun aparılması; •Malların mədaxili, yerdəyişməsi, silinməsi və ümumi mal uçotunun idarə edilməsi; •Bank əməliyyatlarının icrası və qalıqların yoxlanılması; •Kassa əməliyyatlarının aparılması və qalıqların yoxlanılması; •Debitorlarla iş: hesab-fakturaların, avans fakturaların, borc qalıqlarının göndərilməsi və izlənməsi; •Elektron qaimələrin göndərilməsinin və qeydiyyatının nəzarətdə saxlanılması; •Fakturalar, ödənişlər və digər maliyyə məlumatları üzrə reyestrlərin hazırlanması və qeydiyyatının aparılması; •Müqavilələrin, qiymət razılaşmalarının, təhvil-təslim və üzləşmə aktlarının tərtibi; •Gömrük əməliyyatlarının yoxlanılması və ödənişlərə nəzarət; •Mühasibat sənədlərinin arxivləşdirilməsi; •Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər:
•Namizəd: Bəy •Yaş həddi: 30–50 •Ali təhsil ( Maliyyə \ Mühasibat) •Müvafiq sahə üzrə 3–5 il iş təcrübəsi •Xarici dil biliklərinin olması üstünlükdür
Qeyd:
•İş rejimi : 6 günlük, 09:00-18:00 •Əmək haqqı: 1200-2000 AZN Ünvan: İnqilab Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq