Daxil ol

Baş Mühasib

Maliyyə xidmətləri
Bakı
2000₼ - 2500₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 1 saat əvvəl

Təsvir:

• Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkil edilməsi və idarə olunması • Vergi, DSMF və statistika hesabatlarının hazırlanmasına nəzarət və vaxtında təqdim edilməsinin təmin edilməsi • Maliyyə hesabatlarının (balans, mənfəət və zərər hesabatı və s.) hazırlanması və təhlili • Xidmət göstərilən şirkətlər üzrə mühasibat proseslərinin koordinasiyası və keyfiyyətə nəzarət • Vergi yoxlamaları və digər rəsmi yoxlamalar zamanı şirkətin təmsil olunması • Bank əməliyyatlarının və ödəniş intizamının nəzarətdə saxlanılması • Sənəd dövriyyəsinin düzgün təşkili və arxivləşdirmə prosesinə nəzarət • Rəhbərliyə mütəmadi olaraq maliyyə nəticələri barədə hesabatların təqdim edilməsi və tövsiyələrin verilməsi

Tələblər:

• Namizəd: Xanım • Yaş həddi: 35-45 • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahələr üzrə) • Müvafiq sahədə 4–5 il, baş mühasib kimi minimum 2 il iş təcrübəsi • Konsaltinq şirkətində iş təcrübəsi mütləqdir • 1C proqramı ilə yüksək səviyyədə işləmə bacarığı • Vergi Məcəlləsi və maliyyə qanunvericiliyi üzrə biliklər

Qeyd:

• İş rejimi: 5 günlük, 09:00-18:00 • Əməkhaqqı: 2000-2500 AZN Ünvan: Xətai m/st yaxınlığı Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq