Daxil ol
Aktiv 18 vakansiya

Kadr Agentliyi

Rəqəmsal Zona olaraq, şirkətlərin kadr seçimi və işə qəbul proseslərini effektiv şəkildə idarə edir, uyğun namizədləri taparaq bizneslərin inkişafına dəstək veririk.

HR Xidmətləri

Kadr kargüzarlığının auditi və idarə olunması Performans dəyərləndirmə sisteminin qurulması Vəzifələrə uyğun təlimatların hazırlanması Şirkətdaxili nizam-intizam qaydalarının tərtibi Recruitinq/Headhuntinq xidməti

HR Xidmətləri

Kadr kargüzarlığının auditi

Sənədləşmə prosesindəki Əmək Qanunvericiliyinə uyğun olmayan çatışmazlıqların və problemlərin aşkar edilməsi. Aşkar olunmuş çatışmazlıqlar və problemlərə görə şirkətə tədbiq oluna biləcək  cərimələrin müəyyən olunması. Cərimə tədbiq oluna biləcək çatışmazlıqların və problemlərin həlli üçün təklif və tövsiyələrin hazırlanması. Kadr kargüzarlığı auditinin nəticəsində şirkətin Əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığı prosesinin qurulması ilə cərimə tədbiq oluna biləcək risklərin həll olunması.

Kadr kargüzarlığının auditi

Recruiting/Headhunting xidməti

Rəqəmsal  Kadr Agentliyi, müxtəlif şirkətlər ilə əməkdaşlıq edərək, şirkətlərin ehtiyaclarına uyğun namizədlər təklif edir. Əsas məqsədimiz işə götürənlərin tələblərinə uyğun peşəkar, bacarıqlı və təcrübəli namizədləri tapmaq, eyni zamanda iş axtaranlara onların təcrübə və bacarıqlarına uyğun iş imkanları təklif etməkdir. Müsahibə mərhələlərində namizədlərin potensialını və uyğunluğunu müəyyən edir, daha sonra seçim üçün şirkətlərə göndəririk. Şirkətimiz işə götürənlər üçün etibarlı tərəfdaş olmaqla yanaşı, iş axtaranlar üçün doğru yolu göstərmək və onların karyera inkişafına dəstək verməyi prioritet hesab edir. Rəqəmsal Kadr Agentliyi olaraq, hər iki tərəf üçün uğurlu nəticələr əldə etməyə çalışırıq.

Recruiting/Headhunting xidməti

Kadr kargüzarlığnğn idarə olunması

Bütün şirkətlər kadr kargüzarlığının idarə olunmasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qaydalarını rəhbər tutmalıdırılar. Buna görə də kadr kargüzarlığının düzgün idarə olunmasını təmin etmək üçün peşəkarlara həvalə etmək məqsədə uyğundur. Kadr kargüzarlığının düzgün idarə olunması və faydaları: -Əmək qanunvericiliyinə uyğun idarə olunması -Qanunvericiliyə uyğun idarə olunan kadr kargüzarlıq sisteminin əsas faydası gələcəkdə baş verəcək cərimələrdən sığortalayır.

Kadr kargüzarlığnğn idarə olunması

Performans dəyərləndirmə sistemi

Performans idarəetməsinin məqsədi müəssisənin hədəflərini işçinin fərdi hədəflərinə çevirməklə və fərdi nəaliyyətlər yolu ilə şirkətin müvəffəqiyyət qazanmasıdır. Performans dəyərləndirmə sisteminin qurulmasının faydaları:
 - Şirkət biznes hədəflərinə olduqca sürətli çatacaq
 - Vəzifə və fərdlərin hədəfləri dəqiq bilinəcək
 - Hesabatlılıq nəticəsində işçilərin hədəflərə nə qədər çatdığı görüləcək
 - Əməkdaşların məhsuldarlığı artacaq
 - Motivasiyanın yüksəlməsi

Performans dəyərləndirmə sistemi
Person working

CV-nizi Yaradın

Peşəkar CV yaratmaqla iş axtarışınızı asanlaşdırın. Sizin təcrübə və bacarıqlarınızı ən yaxşı şəkildə təqdim edin!

CV Yaratmağa Başla

Bizim Partnyorumuz Olun

Bizimlə iş birliyi qurun və uğurlu layihələrə imza atın. Birlikdə böyüyək!

Əməkdaşlıq Müraciəti

16+

Bütün CV-lər

21+

Şirkətlər

6+

Bu gün göndərilən CV-lər

Person working

Tez-tez verilən suallar

Aşağıda ən çox verilən suallar və onların cavablarını tapa bilərsiniz. Əgər daha ətraflı məlumat almaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz.
Customer ServiceBizimlə Əlaqə

Rəqəmsal zona işə qəbul, təlim və konsultasiya xidmətləri göstərir. Veb saytımızda vakansiyalara baxa, onlara müraciət edə və CV yarada bilərsiniz.

Veb saytımızın "Vakansiyalar" bölməsinə daxil olaraq mövcud iş elanlarına baxa və uyğun olanlarına müraciət edə bilərsiniz. Müraciət üçün tələb olunan məlumatları doldurmaq kifayətdir.

Müraciət etdiyiniz vakansiyaya uyğun olaraq, ilkin seçim, müsahibə və qiymətləndirmə mərhələlərindən keçirsiniz. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Təlimlərdə iştirak etmək üçün veb saytımızın "Təlimlər" bölməsində uyğun təlimi seçərək qeydiyyat formasını doldura bilərsiniz. Əlavə suallarınız üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Təlimlərimiz haqqında ətraflı məlumatı veb saytımızın "Təlimlər" bölməsindən əldə edə bilərsiniz. Burada müxtəlif sahələr üzrə təlimlər təklif olunur.

Veb saytımızın "CV yarat" bölməsinə daxil olaraq şəxsi məlumatlarınızı, təhsil və iş təcrübənizi daxil edərək CV-nizi yarada bilərsiniz.