Daxil ol

İcraçı Direktor

İnzibati, biznes və idarəetmə
Bakı
2800₼ - 3000₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 21 saat əvvəl

Təsvir:

• Şirkətin ümumi biznes və əməliyyat fəaliyyətinə rəhbərlik etmək, strateji hədəflərin icrasını təmin etmək • İstehsalat proseslərinin planlaşdırılması, icrası və səmərəliliyinin artırılması üzrə idarəetməni həyata keçirmək • Struktur bölmələrin fəaliyyətini vahid sistem üzrə koordinasiya etmək • Şöbə rəhbərlərinin fəaliyyətini idarə etmək, KPI göstəricilərinə uyğun nəticələri qiymətləndirmək və inkişaf planları hazırlamaq • Şirkət daxilində proseslərin optimallaşdırılması, xərclərin idarə olunması və resurslardan səmərəli istifadənin təmin edilməsi • Daxili idarəetmə sisteminin təkmilləşdirilməsi və korporativ standartların tətbiqinə nəzarət etmək • İclasların təşkili, qərarların qəbul edilməsi və icrasına nəzarət etmək • Rəhbərliyə mütəmadi əməliyyat və strateji hesabatların təqdim edilməsi

Tələblər:

• Namizəd: Bəy • Yaş həddi: 30-45 • Rus dilində səlis danışıq bacarığı (İngilis dili biliyi üstünlükdür) • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi • İstehsalat sektorunda rəhbər vəzifədə iş təcrübəsi mütləqdir • Güclü idarəetmə, təşkilatçılıq və kommunikasiya bacarıqları

Qeyd:

• İş rejimi: 5 günlük, 09:00-18:00 • Əməkhaqqı: 3000 AZN + bonus Ünvan: Elmlər m/st yaxınlığı Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq