Layihə Meneceri
Mühəndislik
Bakı
2200₼ - 2500₼ / Aylıq
Paylaşılıb: 4 saat əvvəl
Təsvir:
• İnşaat layihələrinin planlaşdırılması, icrası və təhvil verilməsi proseslərinə tam nəzarətin təmin edilməsi • Layihə üzrə vaxt, büdcə və resurs planlarının hazırlanması və icrasına nəzarət • Elektrik, memarlıq, santexnika və digər mühəndislik istiqamətləri üzrə işlərin koordinasiyası • Sahədə görülən işlərin texniki normativlərə və əməyin mühafizəsi qaydalarına uyğunluğunun yoxlanılması • Subpodratçılar və təchizatçılarla danışıqların aparılması, müqavilə şərtlərinə riayət olunmasına nəzarət • Material və avadanlıqların düzgün seçimi, sifarişi və vaxtında çatdırılmasının təşkil edilməsi • Layihə risklərinin əvvəlcədən müəyyən edilməsi və effektiv risk idarəetmə planlarının hazırlanması • Komanda üzvləri arasında iş bölgüsünün düzgün təşkili və iş performansına nəzarət • Keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi və texniki problemlərin operativ həlli • Texniki sənədlərin, çertyojların və AutoCAD planlarının yoxlanılması və təsdiqi
Tələblər:
• Namizəd: Bəy • Yaş həddi: 30-45 • Ali Təhsil (İnşaat Mühəndisliyi/Memarlıq və s. kimi əlaqəli sahələrdə) • Müvafiq sahədə minimum 5 il, rəhbər vəzifədə isə 2 il iş təcrübəsi • Tikinti şirkətində iş təcrübəsi mütləqdir • MS Office və AutoCAD proqramlarında işləmə bacarığı • Layihələrin idarə olunması və komanda ilə işləmə bacarığı
Qeyd:
• İş rejimi: 6 günlük (6-cı gün: qısaldılmış iş günü) • Əməkhaqqı: 2200-2500 AZN Ünvan: Çinar Park Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq