Araşdırma və İnkişaf üzrə Baş Mütəxəssis
İstehsalat
Bakı
2000₼ - 2500₼ / Aylıq
Paylaşılıb: 14 saat əvvəl
Təsvir:
• Şirkətin strateji məqsədlərinə uyğun olaraq yeni məhsullar, materiallar və texnologiyalar üzrə araşdırmalar aparmaq və toxuculuq sənayesində mövcud və yeni texnologiyaları mütəmadi izləmək • Məhsulların keyfiyyətinin, davamlılığının və funksionallığının artırılması, həmçinin istehsal xərclərinin optimallaşdırılması üçün təkliflər hazırlamaq • Tədqiqat və İnkişaf layihələrinin planlaşdırılmasında iştirak etmək, prioritetləri müəyyənləşdirmək və icra prosesini izləmək • Yeni texniki təkliflərin, materialların və texnologiyaların ilkin texniki və iqtisadi qiymətləndirilməsini aparmaq, sınaq nəticələrini və potensial riskləri təhlil etmək • Nümunə məhsulların hazırlanmasında iştirak etmək və onların texniki spesifikasiyalara uyğunluğunu yoxlamaq • Pilot istehsal proseslərini izləmək və nəticələrə əsasən zəruri təkmilləşdirmə tədbirləri təklif etmək • Mövcud istehsal proseslərinin səmərəliliyini artırmaq üçün yeni metod və yanaşmalar irəli sürmək • İstehsal, keyfiyyətə nəzarət, dizayn və planlaşdırma şöbələri ilə əməkdaşlıq edərək Tədqiqat və İnkişaf layihələrinin icrasını koordinasiya etmək.
Tələblər:
• Yaş həddi: 30-55 • Ali təhsil • İngilis dilində səlis şifahi və yazılı kommunikasiya bacarığı mütləqdir • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi mütləqdir (tekstil sənayesində təcrübə üstünlükdür) • İT resursları və Microsoft Office proqramları üzrə biliklər • Texniki sənədlərin, hesabatların və prosedurların hazırlanması üzrə bacarıqlar • Məlumatların təhlili və əsaslandırılmış təkliflərin hazırlanması bacarığı • Layihə idarəetmə bacarıqları
Qeyd:
• İş rejimi: 5 günlük, 08:30-17:30 • Əməkhaqqı: 2000-2500 AZN • Nahar şirkət tərəfindən təmin edilir Ünvan: Sumqayıt Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq