Daxil ol

Freelance Baş Mühasib

Maliyyə xidmətləri
Bakı
4000₼ - 4500₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 8 saat əvvəl

Təsvir:

• Şirkətin maliyyə və mühasibat uçotunun tam təşkili və idarə olunması • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması • Vergi hesabatlarının və bəyannamələrinin hazırlanması və vaxtında təqdim olunmasının təmin edilməsi • Əmək haqqının hesablanması və sosial sığorta ödənişlərinin düzgün idarə olunması • Tikinti layihələrinin maliyyə uçotunun aparılması və layihə xərclərinin təhlili • Bank əməliyyatlarının idarə olunması və maliyyə risklərinin monitorinqi • Büdcə planlaması və pul axınının optimallaşdırılması • Audit və yoxlamalara hazırlıq və daxili nəzarətin təmin edilməsi • Mühasibatlıq sistemlərinin və proqram təminatının idarə olunması və inkişaf etdirilməsi

Tələblər:

• Yaş həddi: 30-50 • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya əlaqədar sahələr üzrə) • Rus dilində səlis şifahi və yazılı kommunikasiya bacarığı mütləqdir • Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi mütləqdir • Tikinti sektorunda aparıcı və ya baş mühasib kimi uzunmüddətli təcrübə mütləqdir • Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyini dərindən bilmək • Maliyyə və mühasibat proqramları üzrə yüksək səviyyədə bilik və təcrübə

Qeyd:

• İş rejimi: Sərbəst qrafik (İş prosesi ilə əlaqədar olaraq ayda bir neçə dəfə ofisdən iş) • Əməkhaqqı: 4000-4500 AZN, Net Ünvan: Ağ Şəhər və Koroğlu Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq