Daxil ol

SMETA üzrə Mühəndis

Mühəndislik
Bakı
1300₼ - 1500₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 14 saat əvvəl

Təsvir:

• Layihə sənədləri əsasında tikinti smetalarının hazırlanması, yoxlanılması və təhlili • Layihə cizgiləri və spesifikasiyalar əsasında iş həcmlərinin hesablanması • Tikinti sahəsində görülən işlərin smeta sənədləri ilə uyğunluğunun yoxlanılması. • Layihə-smeta sənədlərinin (çertyojlar, spesifikasiyalar, texniki tapşırıqlar) təhlili • Tikinti sahələrində faktiki iş həcmlərinin və materialların yerində ölçülməsi, hesabat və cədvəllərin tərtibi • Smetaya dair dəyişikliklərin hazırlanması və əsaslandırılması • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması • Podratçı və subpodratçılardan daxil olan smetaların yoxlanılması və müqayisəsi • Faktiki yerinə yetirilmiş işlər üzrə icra smetalarının hazırlanması • Görülmüş işlər üzrə təhvil-qəbul və sınaq aktlarının hazırlanmasında iştirak • Yerinə yetirilmiş iş həcmlərinin F-2, F-3 aktlarının hazırlanması • Rəhbərliyə layihələr üzrə maliyyə hesabatlarının təqdim edilməsi • Texniki hesabatların,material hesabatlarının hazırlanması

Tələblər:

• Namizəd: Bəy • Yaş həddi: 27-45 • Ali təhsil (mühəndislik, tikinti və ya müvafiq sahə üzrə) • Tikinti sahəsində smeta üzrə minimum 2-3 il iş təcrübəsi • Tikinti normativləri və standartları üzrə məlumatlılıq • Layihə və smeta sənədləri ilə işləmə bacarığı • Tikinti materialları və bazar qiymətləri haqqında bilik • Analitik düşünmə və hesablama bacarığı • MS Word, MS Excel (yüksək səviyyədə), (MS Project, AutoCad, 1C üstünlükdür)

Qeyd:

* İş rejimi: 6 günlük * Əmək haqqı: 1300-1500 AZN (net) Ünvan: Neft Emalı Zavodu Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq