Daxil ol

Baş Mühasib

Maliyyə xidmətləri
Bakı
2500₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 3 gün əvvəl

Təsvir:

• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu müəssisənin təsdiq olunmuş uçot siyasətinə və hesabat qaydalarına uyğun təşkil etmək • Müəssisədaxili əməliyyatların mühasibat uçotunda düzgün qeydə alınmasını təmin etmək • Müəssisəyə ziyan, maliyyə, vergi və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısını almaq • Mühasibat sənədlərinin bütövlüyünü, düzgün tərtibatını və arxivə təhvil verilməsini təmin etmək • Mühasibat uçotuna aid yeni sənədlərin hazırlanması, cari sənədlərin unifikasiyası və uçot-hesablama işlərinin effektivliyinin artırılmasına rəhbərlik etmək • Mühasibat, vergi uçotu və DSMF əməliyyatlarını aparmaq • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks olunmasını təmin etmək • Mühasibat (maliyyə) hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək • Vergi orqanları ilə yazışmaları aparmaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin etmək • Vergi və digər dövlət orqanlarına təqdim edilməli olan hesabatları hazırlamaq və təqdim etmək

Tələblər:

• Yaş həddi: 30-45 • Ali təhsil (Maliyyə, Mühasibat və ya iqtisadi istiqamətlər üzrə) • Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi • MS Office və 1C proqramları ilə işləmək bacarığı • Əməliyyatların rəsmiləşdirilməsi və sənəd dövriyyəsinin təşkili üzrə biliklər • Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili və daxili təsərrüfat rezervlərinin müəyyənləşdirilməsi üzrə biliklər • Pul vəsaitlərinin, əmtəə-material dəyərlərin qəbulu, saxlanılması və xərclənməsi qaydalarını bilmək; debitor və kreditor hesablaşmalarını bilmək • Rus və ingilis dili bilikləri üstünlükdür • Peşəkar mühasib sertifikatının olması üstünlükdür

Qeyd:

• İş rejimi: 6 günlük (6-cı gün: 09:00-13:00) • Əmək haqqı: 2500 AZN (Namizədin bilik və bacarığına uyğun olaraq dəyişiklik ola bilər) Ünvan:Nəriman Nərimanov, Əhməd Rəcəbli Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq