İnsan Resursları üzrə Aparıcı Mütəxəssis (Kadr Sənədləşməsi üzrə)
İnzibati, biznes və idarəetmə
Bakı
800₼ - 1200₼ / Aylıq
Paylaşılıb: 3 gün əvvəl
Təsvir:
• Əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam verilməsi ilə bağlı məlumatların Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icrası • Aylıq iş vaxtının uçot tabellərinin hazırlanması və əmək haqqının hesablanması • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması • İşçi məlumatlarının 1C proqram bazasına daxil edilməsi • Əmək haqqı kartlarının sifarişinin verilməsi • Əmək qanunvericiliyinə uyğun əmrlərin hazırlanması • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması • Əmək kitabçalarında müvafiq qeydlərin aparılması • Məzuniyyət qrafikinin tərtib edilməsi və əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi • İş fəaliyyəti ilə əlaqədar hesabatların rəhbərliyə təqdim edilməsi • Qanunvericiliyə uyğun digər sənədlərin hazırlanması • Xidmət göstərilən müəssisələrə əmək qanunvericiliyi ilə bağlı məsləhət və izahatların verilməsi • DƏMX və digər qurumlardan gələn sorğuların cavablandırılması • Vəzifə təlimatlarının hazırlanması
Tələblər:
• Namizəd: Xanım • Yaş həddi: 26-40 • Oxşar sahədə ali təhsil • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi • Azərbaycan Respublikasının Əmək Məcəlləsi, əmək qanunvericiliyi və əmək haqqı hesablanmasına dair qanunvericilik üzrə biliklər • Rus və İngilis dili biliyi üstünlükdür • MS Office proqramları (Word, Excel, Outlook) və 1C (8.3) proqram təminatı ilə işləmə bacarığı
Qeyd:
• İş rejimi: 6 günlük (6-cı gün: 09:00-13:00) • Əmək haqqı: 800-1200 AZN (Namizədin bilik və bacarığına uyğun olaraq dəyişiklik ola bilər) Ünvan: Nəriman Nərimanov, Əhməd Rəcəbli Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq