Daxil ol

Texniki Ofis Mühəndisi

Mühəndislik
Bakı
2000₼ - 2500₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 1 gün əvvəl

Təsvir:

• İnşaat layihələri üçün smeta və texniki sənədlərin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi • Layihə və iş həcmlərinin hesablanması, qiymətləndirilməsi və icra sənədlərinin düzgün tərtibini təmin etmək • Layihə sənədlərinin analizini aparmaq, uyğunluğunu yoxlamaq və texniki dəyişikliklərin qeydiyyatını və icrasını təmin etmək • Tikinti və montaj işlərinin texniki tələblərə, layihə və normativ göstəricilərə uyğun icrasına nəzarət etmək; sahədə texniki monitorinqlər aparmaq və nəticələr barədə rəhbərliyə məlumat vermək • Tikinti sahəsində istifadə olunan material, avadanlıq və texnologiyaların texniki göstəricilərinə nəzarət etmək; texniki risklərin, çatışmazlıqların və uyğunsuzluqların vaxtında aşkarlanması və aradan qaldırılması üçün təkliflər vermək • Sahədən daxil olan məlumatları sistemləşdirmək, Forma 2 və Forma 3 sənədlərini hazırlamaq, • Normativ sənədlərə uyğun texniki tələblərin tətbiqinə nəzarət etmək və aylıq/gündəlik hesabatları tərtib etmək. • Texniki və maliyyə təkliflərinin hazırlanmasında iştirak etmək və layihə üzrə müvafiq sənədlərin tam və düzgün icrasını təmin etmək

Tələblər:

• Namizəd: Bəy • Yaş həddi: 28-40 • İnşaat mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil • İnşaat sahəsində 4-5 il iş təcrübəsi • AutoCAD, MS Excel və MS Word ilə sərbəst şəkildə işləmək qabiliyyəti • Rus və İngilis dili biliyi arzuolunandır

Qeyd:

• Əmək haqqı: 2000-2500 AZN (müsahibə əsasında müəyyənləşəcək) • İş rejimi: 5 günlük, 09:00-18:00 • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq