Daxil ol

İnşaat Mühəndisi

İnşaat və tikinti
Bakı
2000₼ - 2500₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 2 gün əvvəl

Təsvir:

• Layihənin həcmini və məqsədlərini müəyyənləşdirmək, bütün müvafiq maraqlı tərəflərlə uyğunlaşdırmaq və texniki cəhətdən mümkünlüyünü təmin etmək; • Layihəqabağı işlərin təşkil edilməsi, layihələndirmə tapşırığının hazırlanması, müqavilələrin bağlanması üçün sənədlərin hazırlanması, işlərin tam şəkildə planlaşdırılması və təqvim planlarının tərtibi, yerinə yetirilən işlərin dəyəri, həcmi və keyfiyyətinə nəzarət etmək; • Layihə məqsədinə çatmaqda müsbət və ya mənfi təsir göstərə bilən risk hadisələrini və onların xüsusiyyətlərini müəyyənləşdirmək və aradan qaldırmaq; • Layihələri başlanğıcdan tamamlanmaya qədər idarə etmək, büdcə, vaxt qrafiki, əhatə dairəsi və keyfiyyət standartlarına riayət edilməsini, eləcə də müştəri tələblərinin yerinə yetirilməsini təmin etmək; • Layihənin gedişatını davamlı izləmək və əsas mərhələlər və nəticələr haqqında ətraflı hesabatlar hazırlamaq; • Layihə risklərini və problemlərini qiymətləndirmək, vaxtında və effektiv həllər təklif etmək; • Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsini; • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 və Forma-3 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi. • Aylıq və gündəlik hesabatların hazırlanması.

Tələblər:

• Namizəd: Bəy • Yaş həddi: 30-45 • İnşaat mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil • İnşaat sahəsində 3 ildən yuxarı iş təcrübəsi • AutoCAD, MS Excel, MS Word ilə yüksək səviyyədə işləmə bacarığı • Rus və İngilis dili biliyi arzuolunandır

Qeyd:

• İş rejimi: 6 günlük (5 gün: 09:00-17:00 / 6-cı gün: 09:00-14:00) • Əməkhaqqı: 2000-2500 AZN (Namizədin bilik və bacarığına uyğun olaraq müsahibə əsasında müəyyənləşəcək) • Nahar şirkət tərəfindən təmin edilir Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq