Maliyyə Direktoru
Maliyyə xidmətləri
Bakı
3000₼ / Aylıq
Paylaşılıb: 2 gün əvvəl
Təsvir:
• Şirkətin maliyyə fəaliyyətini idarə etmək, maliyyə resurslarının səmərəli istifadəsini təmin etmək, büdcə planlamasını və monitorinqini həyata keçirmək və maliyyə hesabatlarının dəqiqliyini təmin etmək; • Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərin aparılması, maliyyə göstəricilərinə təsirinin müəyyən edilməsi; • Gəlir və xərc proqnozlarını hazırlamaq; • Pul vəsaitlərinin hərəkətini izləmək və optimallaşdırmaq; • Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün formada təqdim edilməsi; • Müəyyən olunmuş qaydalara müvafiq olaraq müəssisənin maliyyə-istehsalat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını təmin etmək; • Cəmiyyətdaxili ehtiyatların aşkar edilməsi, itgi və xərclərinin qarşısının alınması məqsədilə digər bölmələrlə birlikdə mühasibat uçotu və hesabat məlumatları əsasında idarənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasını təşkil etmək; • Müəyyən edilmiş müxtəlif büdcə göstəriciləri üzrə mütəmadi olaraq şirkətin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyə hesabatın təqdim edilməsi; • 1C: Mühasibat 8.3 (və ya müvafiq versiya) proqramında əməliyyatların aparılmasını dərindən bilmək, daxil edilən sənədlərin yoxlanılması, hesabatların hazırlanması, (ƏDV, DSMF, mənfəət vergisi, kassa, bank və s.) dövriyyə cədvəlləri, qalıq və hərəkət hesabatları ilə işləmək, • Debitor və kreditor borcların nəzarəti və analizini apara bilmək; • Vergi və digər maliyyə öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin etmək; • Aylıq və gündəlik daxili hesabatların hazırlanması.
Tələblər:
• Namizəd: Bəy • Yaş həddi: 35-50 • Maliyyə, Mühasibat və ya İqtisadiyyat üzrə ali təhsil • Tikinti sahəsində minimum 5 il iş təcrübəsi • ACCA, CFA, Financial Reporting və ya ekvivalent sertifikatlarının olması üstünlükdür • Rus və ingilis dili biliyinin olması üstünlükdür • 1C 8.3 və MS Office, xüsusilə Exceldə sərbəst işləmə bacarığı • Azərbaycan Respublikası Vergi Məcəlləsini bilmək, E-taxes.gov.az və E-gov.az portallarında işləmə, analitik və sintetik uçot, maliyyə və vergi hesabatlarının hazırlanması • Pul və maddi vəsaitlərin uçotu və xərclənməsi, debitor və kreditor hesablaşmalarının idarə olunması • Aktivlərin və öhdəliklərin inventarizasiyası, bank ödəniş tapşırıqlarının hazırlanması
Qeyd:
• İş rejimi: 5 günlük, 09:00-18:00 • Əməkhaqqı: 3000 AZN • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur Ünvan: Səbail rayonu, Hacıbabayevlər küçəsi Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq