Daxil ol

Maliyyə üzrə kiçik mütəxəssis

Maliyyə xidmətləri
Bakı
1200₼ - 1500₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 1 gün əvvəl

Təsvir:

• Gündəlik maliyyə əməliyyatlarının (xərc sənədləri, qaimələr, ödənişlər) sistemə daxil edilməsi • Kreditor və debitor əməliyyatlarının, material ehtiyatlarının, pul vəsaitlərinin, dövriyyələrin və xərclərin uçotunun aparılması • ERP sisteminə daxil edilən məlumatların düzgünlüyünün yoxlanılması • Audit və daxili yoxlamalar üçün tələb olunan məlumatların hazırlanması • Debitor və kreditor hesabatlarının aylıq çıxarılması və qarşılıqlı üzləşmələrin aparılması • Hökümət portalları ilə sərbəst işləmək • E-qaimələrin tərtib edilməsi və göndərilməsi • İnternet bank vasitəsilə ölkədaxili və xarici ödənişlərin icrası • Bank çıxarışlarının və depozit hesabları üzrə əməliyyatların işlənməsi • Əmək haqqının hesablanması • Mal-material ehtiyatlarının uçotu və sənədləşməsi • Alqı-satqı müqavilələri və bağlı sənədlərin (təhvil-təslim aktı, qiymət razılaşması və s.) hazırlanması • Əsas vəsaitlərin uçotu, mədaxil, yerdəyişmə və silinmə əməliyyatlarının sənədləşdirilməsi

Tələblər:

• Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat üzrə arzuolunandır) • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi • Hökümət portalları ilə işləmək bacarığı,1C 8.3 proqramında işləmək bacarığı • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis və rus dili arzuolunandır

Qeyd:

• Əmək haqqı: 1200-1500 AZN • İş rejimi: 5 günlük, 09:00 – 18:00 Ünvan: Nəriman Nərimanov, Əhməd Rəcəbli