Daxil ol

İşə qəbul üzrə aparıcı mütəxəssis

İnzibati, biznes və idarəetmə
Bakı
1400₼ - 1600₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 2 həftə əvvəl

Təsvir:

• Vakansiya üzrə tələbləri struktur rəhbərləri ilə birgə müəyyənləşdirmək və işə qəbul prosesini effektiv şəkildə idarə etmək; • Karyera səhifəsi, ixtisaslaşmış axtarış platformaları, sosial media və digər mənbələrdən istifadə edərək uyğun namizədlərin aktiv şəkildə axtarılması və cəlb olunmasını təmin etmək; • Struktur rəhbərləri ilə sıx və davamlı əməkdaşlıq quraraq istedad ehtiyaclarının proaktiv şəkildə qarşılanmasına töhfə vermək; • İşə qəbul prosesinə dair əsas performans göstəricilərini izləmək, təhlil etmək və nəticələrə əsasən aylıq hesabatlar hazırlamaq; • Namizəd təcrübəsinin yüksəldilməsi məqsədilə yeni yanaşmalar təklif etmək və tətbiqini təmin etmək; • Çətin doldurulan və strateji əhəmiyyətə malik vakansiyalar üçün istedad ehtiyatı formalaşdırmaq və qabaqlayıcı strategiyaları həyata keçirmək; • İşə qəbul funksiyasına töhfə verən daxili layihələrdə (employer branding, onboarding, təlim, təkmilləşdirmə və s.) aktiv şəkildə iştirak etmək və innovativ yanaşmalar irəli sürmək.

Tələblər:

• Rus dili biliyi vacibdir. • Yaş həddi: 25-35 yaş • İnsan Resursları, Biznesin İdarəolunması və ya əlaqəli sahədə ali təhsil dərəcəsi; • İşə qəbul sahəsində ən azı 3 il təcrübə; • LinkedIn Recruiter və digər axtarış alətləri ilə effektiv iş təcrübəsi; • MS Excel və HR sistemlərində məlumatların toplanması, təhlili və hesabatların hazırlanması üzrə orta səviyyədə biliklər; • Yüksək səviyyədə kommunikasiya qabiliyyəti və komandada işləmə bacarığı; • Data əsaslı qərarvermə qabiliyyəti, nəticəyönümlü yanaşma və proaktiv iş prinsipi;

Qeyd:

📍 İş yeri: Bakı şəhəri, Binəqədi, Əcəmi Naxçıvani, 🕘 İş qrafiki: 5 gün 📍 Əmək haqqı: 1400-1600 AZN