Insan resursları üzrə mütəxəssis
İnzibati, biznes və idarəetmə
Bakı
800₼ - 1000₼ / Aylıq
Paylaşılıb: 17 saat əvvəl
Təsvir:
- Əmək müqavilələrinin ƏMAS sistemi üzərindən qeydiyyatı və idarə olunması - İşə qəbul, işdən azad etmə, məzuniyyət və digər HR əməliyyatlarının icrası - Əmək haqqı kartlarının sifariş edilməsi - Tabellərin hazırlanması və aylıq əmək haqqı cədvəlinin tərtib edilməsi - İşçilərin şəxsi işlərinin formalaşdırılması, sənədlərin həm kağız, həm də elektron daşıyıcılarda saxlanması - İşçilərin anket məlumatlarının (staj, ailə tərkibi, əlillik, hərbi xidmət və s.) uçotunun aparılması və qanunvericiliyə uyğun olaraq idarə edilməsi - Məzuniyyətlərin uçotu, vaxtında istifadəsinə nəzarət və dəyişikliklərin mütəmadi qeyd olunması - Sosial məzuniyyətlər üzrə sənədləşmə və proseslərin icrası - Aylıq və rüblük statistika hesabatların hazırlanması və təqdim olunması - Kadr sənədlərinin sistemli şəkildə uçotunun aparılması - İşçilərin işdən çıxışı zamanı təhvil-təslim prosesinin təşkil olunması - Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası -İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00
Tələblər:
-Namizəd: Xanım - Ali təhsil (İnsan Resursları, Hüquq, Biznesin idarə olunması və s. sahələr üstünlükdür) - İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi - Əmək qanunvericiliyi, Əmək Məcəlləsi və əlaqəli normativ aktlar üzrə praktiki və nəzəri biliklər - Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı - ƏMAS, İSB və Elektron Hökumət Portalı ilə işləmək bacarığı - Diqqətli, məsuliyyətli və sistemli yanaşma tərzi
Qeyd:
Ünvan: 28 May Əmək haqqı: 800-1000 AZN